Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-09-2026 , 10:59

166

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Yeni təyinat alanlara: bələdiyyələrə də  dəstək verin

Dünən üç rayona ölkə başçısnın sərəncamı ilə icra başçısı təyin edilib.

Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı,  Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər. Onlardan yalnız biri ilə Hacıbaba Babayevlə ünsiyyətim olub. Son beş ildə Hacıbaba Babayev özünün idarəetmə bacarığı və savadı sayəsində bu gün belə bir məsul vəzifəyə təyinat alması hər halda təsadüfü deyil.

Bütün hallarda təyinat alanların həri birini təbrik edirəm.

Ümid edirəm ki, yeni təyinat alanlar Nəsimi RİH-ə ötən illərdə təyin edilmiş siyasi rəhbərdən fərqli olaraq  cənab Prezidentin onlara göstərdiyi etimadı fəaliyyəti, sədaqəti və vətəndaş məmnunluğunu layiqincə təmin etməklə doğruldacaqlar. Nəzərə alsaq təyinar alanlar təhsillə yanaşı, həm də zəngin təcrübə məktəbi keçiblər. Demək, onlara göstərilən etimadın doğruldacaqlarına şübhə yeri qalmır.

Yeni təyianat alanları təbrik etməklə yanaşı onları bələdiyyələrə də diqqət göstərməyi, üzləşdikləri problemlərin həllində bu qurumlara yardımçı olmalarını arzu edirəm.

Qeyd edim ki,  Gədəbəy rayonunda hazırda 10 bələdiyyə, Qaradağ rayonunda 7 bələdiyyə, Naftalan şəhərində isə bir şəhər  bələdiyyəsi formalaşdırılıb.

Əlavə edim ki, Gədəbəy rayonunda formaşalan 10 bələdiyyədən, Gədəbəy və Slavyanka bələdiyyələri istisna olmaqla, 8 bələdiyyənin DSMF-yə 527.600 manat borcu var. Əslində rayonda fəaliyyətləri ilə bələdiyyə sisteminə töhfə verən də məhz Gədəbəy şəhər və Slavyanka bələdiyyələridir.

Qaradağ rayonunda formalaşdırılan yeddi bələdiyyədən isə Müşfiqabad bələdiyyəsi  əvvəlki illərdə yığılıb qalmış DSMF borcunun hesabına hələ də “özünə gələ bilmir”. Ələt, Sahil və Qobustan bələdiyyələri də fəaliyyətləri ilə seçilənlər sırasındadır. İnanıram ki, gəlişi ilə siyasi rəhbər bəzi bələdiyyələrdə mövcud  olan “mənasız intriqa”nın da qarşısımı almış olacaqdır.

Beləliklə, yeni təyin edilənlər bu gün bu rayonlarda formalaşdırılan bələdiyyələrin üzləşdyi problemlərin həllinə dəstək verəcəklərinə, o cümlədən kifayət qədər DSMF borcu olan bələdiyyələrə bu borcu bağlamaq üçün strateji yol xəritəsini  çəkə biləcəklərinə inanıram.

Bir daha uğurlu-düşərli olsun deyirəm.

Vüqar Tofiqli 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
320

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
880